Qənirə Paşayeva I vitse-prezident seçildi

8 Yanvar, 11:09

Atatürk mərkəzində Dünya Alpaqut Federasiyası beynəlxalq idman təşkilatı növbədənkənar toplantısını keçirib.

VOİCEPRESS xəbər verir ki, tədbirdə Dünya Alpaqut Federasiyanın idarə heyətinin yeni tərkibi müəyyən olunub. Tədbiri açıq elan edən Dünya Alpaqut Federasiyasının prezidenti, millət vəkili Nizami Cəfərov, bu idman növünün yaradıcısı Vasif Namazov, Azərbaycan Alpaqut federasiyasının prezidenti Aqil Acalov bu idman növünün inkişaf perspektivlərindən, görülən işlərdən, gələcək planlardan danışıblar.
2014-cü ildə fəaliyyətə başlayan federasiyada alınan qərarlara görə, millət vəkili Qənirə Paşayeva Dünya Alpaqut Federasiyanının 1-ci vitse-prezidenti, Araz Abdullasoy hüquqi məsələlər üzrə vitse-prezident vəzifəsinə təsdiq olunub. SPORTFM-ə müsahibə verən millət vəkili Qənirə Paşayevə görüləcək işlərdən danışıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here