“10 yaşlı balaca Nurayla bağlı səhər tezdən bütün aidiyyatı qurumlarla danışırq”.
Bu sözləri VOİCEPRESS-in sorğusuna millət vəkili Qənirə Paşayeva açıqlamasında bildirib.
Qənirə Paşayeva onu da qeyd edib ki, “Ombudsman Elmira xanım, Quba rayon icra hakimiyyəti başçısı müavini Rəxşəndə xanım, Quba rayonundan millət vəkili Vahid müəllimlə də geniş fikir mübadiləsi apardıq bu məsələ ilə bağlı.
Bu məsələ artıq ciddi nəzarət altındadır və ümid edirik ki baş verənlərlə bağlı ciddi tədbirlər görüləcək. Və balaca Nuraya lazımi yardım göstəriləcək.”
O, bildirib ki, Rəxşəndə xanımla müzakirə zamanı bir çox önəmli nöqtələrə toxundu məsələ ilə bağlı.
Qənirə xanım təəssüflənərək bildirib ki, “ailə məsələsi olduğu üçün açıqlamaq istəmirəm. Sadəcə bunu demək istəyirəm.
Uşaqlar bizim əzizimiz, canımızın bir parçasıdır amma əmlakımız deyil.Onunla nə zaman necə istəyirik rəftar etmək doğru deyil. Onun duyğularını nəzərə almamaq,psixoloji durumuna önəm belə verməmək bunlar böyük yanlışdır”.
VOİCEPRESS.AZ