“Qəbələ”nin idmançısı Rusiyada qələbə qazandı

10 Yanvar, 10:35

Rusiyanın Volqoqrad şəhərində SSRİ-nin idman ustası Roman Subbotinin xatirəsinə həsr olunan ənənəvi boks turniri keçirilib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, 2003-2004-cü il təvəllüdlü yeniyetmələrin mübarizəsində “Qəbələ” İdman Klubu da təmsil olunub.

Qəbələ rayon bölməsinin təmsilçisi Nurlan Qasımov turnirdə uğurla çıxış edib.

Dzaxlı kəndinin məktəblisi Volqoqradda keçirdiyi hər üç döyüşdə qalib gəlib.

59 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz turnirin qalibi adına layiq görülüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here