Bu pozanın 7 əsas təhlükəsi var:
1. Bu pozada qan damarları saxılmış vəziyyətdə qalır ki, baş beyinin qanla təmin olunması pozulur. Bu isə səhər baş ağrılarına və digər pozulmalara səbəb ola bilər. Bu poza xüsusilə yaşlı insanlar üçün təhlükəlidir ki, onlarda bu vəziyyətdə insultun və ani ölümünün riski artır.
2. Bu poza həmçinin boyun fəqərələri üçün ziyanlıdır və osteoxondrozun inkişafına səbəb ola bilər.
3. Bu vəziyyətdə yatan insanın döş qəfəsi sıxılır ki, nəticədə ağ ciyər pis işləyir, orqanizmin oksigenlə təmin olunması kəskin pozulur.
4. Həmçinin bu poza ağ ciyərin sağlamlığı üçün də ziyanlıdır – sıxılmış vəziyyətdə qalan ağ ciyərdə durğunluq yaranır və nəticədə iltihabın riski artır.
5. Alimlərin fikrinə görə, bu pozada yatan qadınlarda süd vəzi xərçənginin riski artır.
6. Bu poza üz dərisinin vəziyyəti üçün çox ziyanlıdır – dəri dartılır, sıxılır ki, nəticədə bu pozada daim yatan insanda qırışlar daha tez əmələ gəlir.
7. Kişilərdə bu poza cinsiyyət sisteminin fəaliyyətinə mənfi təsir edir və mütəxəssislərin fikrinə görə hətta impotensiyanın inkişafına səbəb ola bilər.
VOİCEPRESS.AZ