“Qarabağ”a qol vuran futbolçu 45 milyon avroya Çin klubuna keçdi

6 Yanvar, 18:27

Ulduz futbolçuların Çinə axını davam edir.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, bu ölkənin “Tyanzin Teda” klubu bir gündə ikinci tanınmış oyunçunu heyətinə cəlb edib.

Səhər saatlarında “Çelsi”nin yarımmüdafiəçisi Con Obi Mikellə rəsmi müqavilə imzalayan Super Liqa təmsilçisi bu dəfə “Fiorentina”nın hücumçusu Nikola Kaliniçlə anlaşıb. Belə ki, klublar arasındakı razılığa əsasən, “Tyanzin Teda” bu keçid müqabilində florensiyalılara 45 milyon avro ödəyəcək.

Qeyd edək ki, bu mövsüm aktivinə 13 top yazdıran Nikola Kaliniç Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la İtaliyadakı görüşdə də 1 qola imza atmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here