Qarabağ münaqişəsi zamanı itkin düşənlərin 62-si uşaqdır

19 Yanvar, 15:54

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmış 3867 nəfərdən 62 nəfəri uşaqdır”.

VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsmayıl Axundov “Qətl edilmiş uşaqlar” kitabının təqdimatında deyib.

İ. Axundov 29 uşağın Ermənistan hərbçiləri tərəfindən girov götürülməsi və aidiyyəti beynəlxalq təşkilatlardan gizlədilərək saxlanılması barədə şahid ifadələrinin mövcud olduğunu bildirib. O qeyd edib ki, indiyə qədər azad edilənlərdən 210 nəfəri uşaq olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here