Qafqaz Universitetində çalışan müəllimlərin məsələsinə imkanlar çərçivəsində baxıla bilər.
VOİCEPRESS xəbər verir ki, Təhsil Nazirliyindən apa-ya verilən xəbərə görə, tədris prosesinin bütövlüyünün qorunması məqsədi ilə universitet rəhbərliyinin Təhsil Nazirliyinə etdiyi müraciətlər imkanlar çərçivəsində nəzərə alınacaq. Bunlar arasında müəllimlərlə bağlı məsələlər də ola bilər. Çünki tədris prosesinin bütövlüyünün qorunması dedikdə təhsil alanla təhsil verənin birliyi nəzərdə tutulur.
Qafqaz Universitetinin tələbələri isə ölkənin ən aparıcı ali məktəblərinə köçürüləcək. Onlar həm özəl, həm də dövlət ali təhsil müəssisələrinə köçürülə bilər.
Qafqaz Universitetindən isə APA-ya bildirilib ki, hazırda ali məktəbin 4200 tələbəsi və 403 nəfər işçi heyəti var. Universitetdə müvafiq işçi qrupu fəaliyyət göstərir və yəqin ki, yaxın gələcəkdə müəllimlərlə bağlı müvafiq qərar veriləcək.
VOİCEPRESS.AZ