Prosineçkinin əvəzinə onu seçdilər

26 Yanvar, 10:40

Türkiyənin “Bursaspor” klubu yeni baş məşqçi tapıb.

VOİCEPRESS qol.az-a istinadən xəbər verir ki, Bursa təmsilçisi türk əsilli Tayfun Korkutla anlaşıb.

Tərəflər arasında danışıqların müsbət nəticələndiyi və tezliklə rəsmi müqavilənin imzalanacağı bildirilir.

Xatırladaq ki, təxminən bir həftədir, Türkiyə klubunun Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə danışıqları mediada ajiotaj yaratmışdı. “Bursaspor”un səylərinə rəğmən, xorvat məşqçi millimizlə lilin sonunadək anlaşması olduğunu, həmçinin müqaviləsində təzminat məsələsinin yer aldığını əsas gətirərək keçiddən imtina edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here