Prosineçki 2016-cı ilin rəmzi “11-liy”ini açıqladı

0
314681

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 2016-cı ilin rəmzi yığmasını müəyyənləşdirib.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis ölkəsində “Nova TV” kanalına açıqlamasında ötən ili dəyərləndirib.

O, rəmzi yığmada sabiq komandaları olan “Real” və “Barselona”nın futbolçularına üstünlük verib. Belə ki, 47 yaşlı mütəxəssisin fikrincə, “kral klubu”nun 4, kataloniyalıların isə 3 üzvü geridə qalan ildə öz mövqeyinin ən yaxşısı olub.

Prosineçki La Liqanın digər təmsilçisi “Atletiko”nun da 2 oyunçusuna simvolik “11-lik”də yer verib.

Heyəti 4-3-3 taktiki sxeminə görə quran çalışdırıcı digər 2 futbolçunu İngiltərə Premyer Liqasından seçib.

Robert Prosineçkinin simvolik “11-liy”i:

Qapıçı: Yan Oblak (“Atletiko”)

Müdafiəçilər: Serxio Ramos, Marselo (hər ikisi “Real”), Xerard Pike (“Barselona”), Ektor Bellerin (“Arsenal”)

Yarımmüdafiəçilər: Luka Modriç (“Real”), Andres İnyesta (“Barselona”), Dmitri Paye (“Vest Hem”)

Hücumçular: Lionel Messi (“Barselona”), Kriştianu Ronaldo (“Real”), Antuan Qrizmann (“Atletiko”)

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here