Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər sahilindəki “Avaza” turist zonasında heç vaxt dincəlməmiş vətəndaşı oraya istirahətə yollayıb.
VOİCEPRESS AsiaTimes-a istinadən bildirir ki, dövlət başçısı Türkmənistanın şərqindəki Lebap vilayətinə səfər zamanı belə göstəriş verib.
Seçkiqabağı kampaniya çərçivəsində Türkmənabad şəhərindəki tibb mərkəzinin inşaatında çalışan fəhlələrlə görüşəndə Q.Berdıməhəmmədov Xəzərin türkmən sahilindəki “Avaza”da dincəlməyənlərin əl qaldırmalarını istəyib.
Yalnız bir fəhlə əl qaldırıb.
Q.Berdıməhəmmədov da Lebap vilayətinin hakiminə (icra hakimiyyətinin başçısı – red.) bu fəhləni “Avaza”ya istirahətə yollamağı tapşırıb.
Türkmənistanda prezident seçkiləri fevralın 12-də keçiriləcək. Dövlət başçısı postuna 9 namizəd var.
VOİCEPRESS.AZ