Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.C.Əhmədzadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Mübariz Cuma oğlu Əhmədzadə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.
Milli.Az bildirir ki, Mübariz Əhmədzadə Qax rayonunun icra başçısıdır. O, Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.
VOİCEPRESS.AZ