Azərbaycan iqtisadiyyatı inkişaf edib və əsas vəzifələr icra edilib. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir.
VOİCEPRESS AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, kənd təsərrüfatı 2.6 faiz, ölkənin qeyti-neft sənayesi isə 5 faiz artıb:
“Baxmayaraq ki, neftin qiyməti dünyada 3-4 dəfə aşağı düşüb, əvvəlki illərdə aparılmış işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik. Əlbəttə, bu gün dünyada davam edən iqtisadi və maliyyə böhranı bizim işimizə də öz mənfi təsirini göstərib. Mən hesab edirəm ki, Azərbaycan digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilib. Keçən il 100 mindən çox daimi iş yeri yaradılıb. Bu proses 2004-cü ildən bu günə qədər davam edir. Biz Dövlət Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilmişik, bu da hesab edirəm ki, çox əlamətdar hadisədir”.
VOİCEPRESS.AZ