Prezident Gömrük Komitəsinin sədri ilə bağlı sərəncam verdi

27 Yanvar, 19:32

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əli oğlu Əliyevə gömrük xidməti general-polkovniki ali xüsusi rütbəsi verilsin.

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilsin:

Salayev Baba Hacı-Baba oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi

Hüseynov İsmayıl Xəlil oğlu – Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here