Ukrayna prezidenti Pyotr Poroşenko Helsinkiyə səfəri zamanı rusiyalı jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.
VOİCEPRESS bildirir ki, bu barədə “İnterfaks-Ukraina” məlumat yayıb.
Poroşenko Donbas azad olunmayınca Rusiya mətbuatına açıqlama verməyəcəyini bildirib.
“Ukraynalıları öldürməyə son qoyun və ərazimizi azad edin”, – deyə Poroşenko onlara xitabən qeyd edib.
Xatırladaq ki, Ukrayna lideri 2016-cı ilin yanvarında Davosda da Rusiya KİV-in nümayəndələrinə məhəl qoymamışdı.
Kiyev Rusiyanı daim Donbasdakı münaqişədə iştirakda ittiham edir. Moskva isə bir qayda olaraq sübutların yoxluğuna istinad edərək bu ittihamları yaxına buraxmır.
VOİCEPRESS.AZ