Polşanın müdafiə naziri Antoni Maçereviç Torun şəhərinin yaxınlığında qəzaya düşüb.
VOİCEPRESS trend-ə istinadən bildirir ki, müdafiə nazirinin avtomobili də daxil olmaqla qəzada 6 avtomobil iştirak edib.
Polşa müdafiə nazirliyinin rəsmi nümayəndəsi Bartolomey Mişeviç bildirib ki, nazir qəza nəticəsində xəsarət almayıb. İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər xəsarət alıb.
VOİCEPRESS.AZ