Peskov: “Putinin saytı gündə yüzlərlə haker hücumuna məruz qalır”

16 Yanvar, 19:19

Rusiya prezidenti Vladimir Putinin saytı gün ərzində yüzlərlə haker hücumuna məruz qalır.

VOİCEPRESS-in NBC-yə istinadən xəbərinə görə, bu bəyanatla Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.

O bildirib ki, hücumlar əsasən ABŞ, Çin, Hindistan və Avropa ölkələrindən həyata keçirilir. Bütün bunlara baxmayaraq, rəsmi Moskva adı çəkilən ölkələrin rəhbərliyini kiberhücumların təşkilində ittiham etmir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here