Pentaqon 10 Quantanamo məhbusunun Omana köçürüldüyünü təsdiq etdi

18 Yanvar, 09:24

ABŞ Müdafiə Nazirliyi 10 Quantanamo məhbusunun Omana köçürülməsini təsdiq edib.

VOİCEPRESS-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, xüsusi idarələrarası komissiya qərara gəlib ki, bu məhbuslar ABŞ üçün təhlükə təqdim etmirlər.

“Bu günə Quantanamo həbsxanasında 45 məhbus qalıb”, – məlumatda deyilir.

Qeyd edək ki, ABŞ-ın Kubadakı hərbi bazasında 2002-ci ildə beynəlxalq terrorçular üçün tikilən həbsxananın bağlanılması 2008-ci ildə Barak Obamanın seçkiqabağı kampaniyasında verdiyi əsas vədlərdən biri idi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here