Pan Gi Mun Cənubi Koreya prezidenti ola bilər?

13 Yanvar, 08:43

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Cənubi Koreya prezidenti vəzifəsinə namizədliyinin irəli sürülməsində heç bir maneə olmadığını deyib.

Bu barədə VOİCEPRESS “RİA Novosti”yə istinadən məlumat verir.

Nyu-Yorkdan Seula qayıdan Pan Gi Mun namizədliyini irəli sürüb-sürməyəcəyi barədə açıqlama verməsə də, bu addımın BMT nizamnaməsi və Cənubi Koreya qanunvericiliyi ilə qadağan olunmadığını deyib.

Seulda çıxışı zamanı Pan Gi Mun gələcək fəaliyyəti barədə yaxın zamanlarda qərar verəcəyini deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here