VOİCEPRESS oxu.az-a istinadən xəbər verir ki, ifa sosial şəbəkələrdə və “YouTube” internet kanalında yayılıb.
Onun ifa etdiyi “Kamança” (ən qədim Azərbaycan musiqi alətlərindən biri olan kamança mənfur qonşularımız tərəfindən erməni milli musiqi aləti kimi təqdim olunur. Tədqiqatçılar kamançanın Orta Asiyadan və ya Hindistandan gəldiyini yazırlar) adlı mahnının erməni aşığı kimi təqdim olunan Sayat Novaya aid olduğu qeyd olunur.
Xatırladaq ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı yaxın aylarda apa-ya müsahibəsində Sayat Nova haqqında “Əslində, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. Səyat Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və Səyat Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır.
Zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim etdilər ki, erməni aşığıdır. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur. Mirəli Seyidovun böyük tədqiqatları var ki, o, Azərbaycan aşığıdır” demişdi.
Sözügedən ifanı təqdim edirik:
VOİCEPRESS.AZ