35 il azadlıqdan məhrum edilən Çelsi Menninq mayın 17-də sərbəst buraxılacaq
ABŞ Prezidenti Barak Obama “WikiLeaks”ə dövlət əhəmiyyətli məxfi məlumatları verən informator Çelsi Menninqin cəzası ilə bağlı qərar verib.
VOİCEPRESS TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir. Məlumata görə, 35 il azadlıqdan məhrum edilən Çelsi Menninq bu ilin mayın 17-də sərbəst buraxılacaq.
Qeyd edək ki, “WikiLeaks”in təsisçisi Culian Assanj informatoru Celsi Menninqin cəzası yüngülləşdiriləcəyi təqdirdə ABŞ-a təslim olacağını bildirib. O hətta Menninqin cəzasının yüngülləşdirilməsində xidməti olan hər kəsə təşəkkürünü də bildirib. Bu barədə o özünün “Twitter” səhifəsində yazıb.
VOİCEPRESS.AZ