ABŞ prezidenti Barak Obama Amerika lideri kimi Ağ evdə sonuncu dəfə keçirdiyi mətbuat konfransında jurnalistlərin müxtəlif suallarını cavablandırıb.
VOİCEPRESS Voice of America-ya istinadən bildirir ki, o, Çelsi Manninqin oxşar cinayətlərə görə cəza almış şəxslərdən daha artıq müddət həbsxanada qaldığını və onun törətdiyi cinayətə görə məsuliyyətini qəbul etdiyini bildirib.
Mətbuat konfransından bir qədər əvvəl Obama Texas ştatında Hyustonda soyuqdəymə ilə əlaqədar xəstəxanaya aparılmış keçmiş prezident Corc Herbert Buş və onun xanımı Barbara Buşa ən xoş arzularını çatdırıb.
Amerika prezidenti media üzvlərinə gördükləri işə görə təşəkkürünü bildirib. O deyib ki, onun haqda yazılanlar həmişə xoş olmasa da, o, medianın ədalətli və balanslı olduğunu düşünür. Obama medianın ABŞ demokratiyasında mühüm rolu olduğunu vurğulayıb.
Prezident Obama səkkiz il hakimiyyətdə olduqdan sonra vəzifəsindən yanvarın 20-də yeni prezident seçilmiş Donald Trampın inauqurasiyasından sonra gedir. Donald Tramp ABŞ-ın 45-ci prezidenti kimi Birləşmiş Ştatlar Konqresinin yerləşdiyi Kapitoli binasında and içərək vəzifəsinin icrasına başlayacaq.
VOİCEPRESS.AZ