ABŞ-ın 44-cü prezidenti Barak Obama “CBS” televiziyasına verdiyi müsahibəsində yanvarın 20-də prezidentlik postunu təhvil verdikdən sonrakı ilk gün ancaq yatmaq istədiyini açıqlayıb. B.Obama deyib ki, iş barəsində düşünmək istəmir və postu tərk etdikdən sonra zəngli saat qoşmadan ancaq yatmağı planlaşdırır: ” Buna bütünlüklə əminəm. Və zamanımın çoxunu xırda məsələlərə həsr etməyi düşünürəm. İstirahətə gedəcəm”.
VOİCEPRESS xəbər verir ki, bununla yanaşı Obama qeyd edib ki, yenidən dərs deməyə başlayacaq: “Prezident olmazdan əvvəl bir müddət universitetdə işləmişəm və bu işimdən çox zövq almışam”. Qeyd edək ki, B.Obama 1992-2004-cü illər ərzinə Çikaqo universitetində Konstitusiya fənnini tədris edib. Obam postu Trampa təhvil verdikdən sonra öz doğma vətəninə qayıtmağı isə hələ düşünmür. O ailəsi ilə birgə balaca qızı Saşa məktəbi bitirənə kimi Vaşinqtonun mərkəzindən kirayə tutduğu evdə qalacaq. Obamanın böyük qızı Maliya isə bu ilin payızından Masaçusestdə nüfuzlu Harvard Universitetində təhsilə başlayacaq.
VOİCEPRESS.AZ