ABŞ Prezidenti Barak Obama vəzifədə olduğu 8 il boyunca İsrailə dəstək vermək üçün səy göstərdi.
VOİCEPRESS axar.az-a istinadən bildirir ki, bu sözləri İsrail Prezidenti Reuven Rivlin amerikalı səfir Dan Şapiro ilə görüşündə deyib.
“Obama prezident olduğu 8 il boyunca hərb başda olmaqla, bütün sahələrdə İsrailə dəstək verdi”, – Rivlin bildirib.
Səfir Şapiroda öz növbəsində qeyd edib ki, İsraillə ABŞ arasında fikir ayrılıqları olsa da, daim dost dövlətlər olaraq qalacaqlar.
VOİCEPRESS.AZ