Əslən Orta Asiya ölkələrindən birindən olan İŞİD terrorçusunun gülləbaran etdiyi insanların ailə üzvləri, qohumları və yaxınları İstanbuldadırlar. Cəsədlər onlara təhvil verilir.
VOİCEPRESS Daily Mail-ə istinadən bildirir ki, məşum teraktda həlak olanlar arasında Hindistanın ən məşhur kinoprodüserlərindən biri, livanlı milyarderin qızı, Livanın ən varlı bankirlərindən biri, məşhur hind modelyer, habelə Kanadada yaşayan ərəb dizayner də var.
Hindistanın Vadodara şəhərinin sakini, 20 yaşlı Kuşi Şah ölkəsinin ən populyar, ən məşhur və ən gənc modelyerlərindən biri idi. Kuşi Şah İstanbulun ən populyar gecə klublarından sayılan “Reina”da Yeni ili qarşılayanlar arasında idi.
O, teraktda güllələnərək həlak olanlardan biridir.
Hindistanın Mumbay şəhərinin sakini, 49 yaşlı Abis Rizvi ölkəsinin ən məşhur və zəngin kinoprodüserləri arasında yer alırdı.
“Reina”dakı gülləbaranda o, ilk həlak olanlardan biri olub.
Livanlı bankir Heykel Musəllim, Kanadanın Ontario şəhərinin sakini, populyar modelyer və dizayner Əlaa əl Mühəndis, livanlı milyarder İlyas Şaminin 20 yaşlı qızı Rita Şami də həlak olanlar arasındadır.
Son məlumatlara görə, terrorçu “Reina”da 5 dəqiqədə 6 güllə darağı dəyişib, oradakı adamlara 120 dəfə atəş açıb.
VOİCEPRESS.AZ