O, cizgi qəhrəmanına bənzəmək üçün 100 dəfə əməliyyat olundu…
Cənubi Karolinada yaşayan Pixee Fox altı qabırğasını da məhz bu səbəbdən çıxartdırıb.
İmplantasiya sayəsində gözlərinin təbii rəngini belə dəyişdirib.
İsveçli model bütün bu əməliyyatları “Dovşan Rodceri kim ələ verib” adlı filmdəki cizgi qəhrəmanı olan Cessika Rebbitə bənzəmək üçün edir.
Əməliyyatlara qədər model bu cür idi.
Əməliyyatlardan sonra isə bu cür oldu.
Bütün bunlara baxmayaraq model 100 əməliyyatla kifayətlənməyəcəyini deyir.
“Bəli, mən hazırkı görünüşümü çox bəyənirəm. Lakin beynimdə vahid təsvir var ki, məhz o cür olanadək dayanmayacağam”- Pixee deyir.
“Bilirəm ki, ailəm, xüsusən də anam mənə görə çox üzülür. Onlar məni anlamırlar, anlamaq istəmirlər. Ailə üzvlərimdən yalnız bacımdan dəstək alıram.”-deyə Pixee sözünə əlavə etdi.
2017-ci il boyu model arıqlama korseti taxmağa davam edəcəyinə söz verib. Onun sözlərinə görə Dünyanın ən incə bel xanımı olaraq Ginnesin rekordlar kitabına düşmək niyyətindədir.
Xəyalə Murad
VOİCEPRESS.AZ