Novruz Məmmədov: “Prezident İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq”

17 Yanvar, 12:11

“Azərbaycan prezidenti İlham Əliyevin Davosda 30-a yaxın görüşü olacaq”.

VOİCEPRESS trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Feysbuk”dakı səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: “Dünya İqtisadi Forumu Davosda 47-ci toplantısına başladı. Prezident İlham Əliyev ilk gündən görüşlər keçirir və tədbirlərdə iştirak edir. Dövlətimizin başçısının 30-a yaxın görüşü olacaq. Dünya İqtisadi Forumunun əsas qonaqlarından biri Çin Xalq Respublikasının sədridir. Qərb liderlərinin az iştirakı fonunda bu, diqqəti daha çox cəlb edir”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here