Neftin qiyməti 58 dolları keçdi

3 Yanvar, 22:44

“Brent” markalı neftin bir barelinin qiyməti yanvarın 3-də təxminən 3 faiz qalxaraq, 2015-ci ilin iyulundan bəri ilk dəfə olaraq 58 dolları keçib.

VOİCEPRESS APA-ya istinadən xəbər verir ki, neftin bahalaşması OPEK-ə üzv olan və olmayan dövlətlər arasında əldə olunmuş razılaşma çərçivəsində hasilat həcmlərinin azalmasına dair xəbərlərin fonunda baş verir. Belə ki, Küveyt Milli Neft Şirkətinin rəhbəri Camal Cəfər hasilat həcminin sutkada 130 min barel azaldıldığını bildirib. Bu bəyanatdan sonra, ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 58 dolları keçib.

Qeyd edək ki, “Brent” markalı neftin qiyməti bundan əvvəl 2015-ci ilin iyulunda 58 dollardan yuxarı olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here