“Neftçi”nin növbəti rəqibi bəlli oldu

313597

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Neftçi” növbəti yoxlama oyununu yanvarın 11-də keçirəcək.

VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, rəqib Özbəkistanın “Nasaf” klubu olacaq. “Bellis Deluxe” otelinin meydançasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Xatırladaq ki, “Neftçi” hazırlıq çərçivəsində keçirdiyi ilk yoxlama oyununda Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşmışdı.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here