Bakının “Neftçi” klubu heyətini daha bir futbolçu ilə gücləndirməyə hazırlaşır.
VOİCEPRESS xəbər verir ki, bu barədə report-a komandanın baş məşqçisi Elxan Abdullayev məlumat verib.
Baş məşqçi futbolçunun adını açıqlamasa da, həftə ərzində keçidin reallaşacağını deyib: “Futbolçunun klubu ilə danışıqlar aparılıb və razılıq əldə olunub. O dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edəcək. Sadəcə münasibətlər rəsmiləşməmiş ad açıqlamaq istəmirəm. Həmin oyunçu bizim Türkiyə toplanışına qoşulacaq”.
Baş məşqçi Azərbaycan millisinin üzvü Pavel Paşayevin də komandanın qış təlim-məşq toplanışına qatılacağını söyləyib: “Pavellə bağlı danışıqlar davam edir. Çox güman ki, Paveli heyətə cəlb edəcəyik. Hələ işlər yekunlaşmayıb, amma futbolçunun transfer vərəqini almaq istəyirik. Böyük ehtimalla o da bizim toplanışımızda iştirak edəcək”.
Qeyd edək ki, “Neftçi” buna qədər Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veriya”, Yunanıstan), Zdenek Folprextlə (“Slovan”, Çexiya – icarə) müqavilə imzalayıb.
VOİCEPRESS.AZ