Bu ilin martında Azərbaycanda üçüncü əczaçılıq zavodunun tikintisi başlayacaq.
VOİCEPRESS xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Nazir deyib: “Ümumilikdə, növbəti 3 il ərzində Azərbaycanda bir neçə əczaçılıq zavodu fəaliyyət göstərəcək. Bu gün biz əczaçılıq məhsullarının, demək olar ki, 100 faizini xaricdən idxal edirik, lakin üç il ərzində bu sahədə dönüş olacaq. Biz ölkənin dərman təhlükəsizliyinin təmin olunması üçün vacib tədbirlər görəcəyik”.
VOİCEPRESS.AZ