Millimizə məğlubiyyətə görə qovulan məşqçini amerikalı əvəzləyəcək

7 Yanvar, 10:12

DÇ-2018-in seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparan Norveç millisini amerikalı mütəxəssis çalışdıra bilər.

VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat xəbər yayıb.

Bildirilib ki, Norveç Futbol Federasiyası “Suonsi”nin keçmiş baş məşqçisi Bob Bredliyə təklif yollayıb. 58 yaşlı mütəxəssis bugünlərdə skandinav ölkəsində görülsə də, o, vakant posta keçib-keçməmək haqqında sualları cavabsız qoyub.

2014-2015-ci illərdə bu ölkənin “Stabek” klubunda işləmiş Bredli komanda ilə Avroliqaya vəsiqə qazanmışdı.

Qeyd edək ki, seçmə mərhələdə Bakıda millimizə 0:1 hesabı ilə məğlub olan Norveç yığmasında baş məşqçi Per-Matias Hoqmo noyabr ayında istefaya göndərilmişdi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here