VOİCEPRESS sportnet.az-a istinadla xəbər verir ki, qitə futbol qurumu 54 yığmanı reytinqlərinə əsasən 6 səbətə bölüb.
Azərbaycan sondan əvvəlki – E səbətində Litva, Ermənistan, Bosniya və Herseqovina, Belarus, Qazaxıstan, Kipr, Latviya, Estoniya ilə birgə yer alıb. Bu isə o deməkdir ki, U-21 yığmamız adıçəkilən bu ölkələrdən olan həmyaşıdları ilə bir qrupa düşə bilməz.
Digər səbətlər belədir:
A səbəti: Almaniya, Portuqaliya, İngiltərə, İspaniya, Danimarka, Fransa, İsveç, Çexiya, Serbiya
B səbəti: Slovakiya, İsrail, Hollandiya, Avstriya, Xorvatiya, Belçika, Polşa, İsveçrə, Sloveniya
C səbəti: Ukrayna, Norveç, Rusiya, Türkiyə, Rumıniya, İslandiya, Yunanıstan, Çernoqoriya, Finlandiya
D səbəti: Uels, Bolqarıstan, Makedoniya, Gürcüstan, Macarıstan, İrlandiya, Şotlandiya, Moldova, Albaniya
F qrupu: Malta, Lüksemburq, Şimali İrlandiya, Farer adaları, San Marino, Andorra, Lixtenşteyn, Cəbəllütariq, Kosovo
Xatrladaq ki, sabah püşkatma UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək.
VOİCEPRESS.AZ