Milli Məclisin Hesablayıcı və İntizam komissiyalarının yeni tərkibi müəyyənləşdirilib.
Milli Məclisdən VOİCEPRESS-ə verilən məlumata görə, Hesablayıcı Komissiyasının yeni tərkibində Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rəfayel Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva, Mixail Zabelin təmsil olunacaqlar.
İntizam Komissiyasının tərkibi Ağacan Abıyev, Xanlar Fətiyev, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa və Kamran Nəbizadədən ibarətdir.
Qeyd edək ki, Milli Məclisdə Hesablayıcı və İntizam komissiyalarının yenidən təşkil olunması ilə bağlı layihə parlamentin fevralın 1-də keçiriləcək sessiyasında müzakirə olunacaq.
VOİCEPRESS.AZ