VOİCEPRESS xəbər verir ki, Millət vəkili Q.Paşayeva Suriyadan köçkün düşmüş türkmənlərlə bağlı,soydaşlarımızla bağlı məsələnii də AŞPA-da qaldıraraq onların səsini duymağa çağırıb və Azərbaycan dövlətinin bu cür məsələlərə, köçkünlərlə bağlı məsələlərə hər zaman həssas yanaşdığını deyib:”Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmənlər, bizim soydaşlarımız bizimlə görüş zamanı onların səslərini burada duyurmamızı istədilər. Çox böyük acılar, əziyyətlə yaşayan türkmən köçkünlər Assambleyanı onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və onların həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyadan köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirir və biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq”.
Millət vəkili Q.Paşayeva Avropanı terrorla mübarizədə, köçkünlərlə bağlı məsələlərdə ikili standartlardan vazkeçməyə çağırıb və Türkiyəyə daha çox dəstək göstərilməlidir deyib:” Biz Yaxın Şərqdə baş verən prosesləri daha geniş müzakirə etməliyik. Çünki artıq Avropa Şurası sərhədləri yaxınlığında baş verən ağır facilər mutləq öz mənfi təsirini hamımıza, bütün Avropanın təhlükəsizliyinə daha çox göstərəcək ki, biz son aylar artan teror hadisələri ilə bunun şahidi oluruq. Surya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş 3 milyondan artıq insana qapılarını açmış üzv ölkə Türkiyəyə də AŞPA olaraq dəstəyimiz daha da artmalıyıq. Təssüf ki bu dəstəyin yetərli olmadığını görürük. Terrorla mübarizədə də Türkiyəyə dəstək artmalıdır. Eyni zamanda Avropanın müxtəlf ölkələrinə üz tutan köçkünlərə münasibətdə də daha həssas münasibətin göstərilməsi vacibdir ki bəzən pis münasibətin şahidi oluruq ki bunlara yol verilməməlidir”.
Q.Paşayeva Ermənistan hökumətinin Suriyadan köçkün düşmüş erməniləri öz çirkin oyunlarına alət etdiyini söyləyib və buna son qoyulması üçün AŞPA-nı Ermənistana təqyiq göstərməyə çağırıb:” Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətində asılı olmayaraq dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda bu insani dəyərlərlə də doğru yanaşma deyil. Ona görə də Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm. Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə onlara zərər vurmaqla yanaşı AŞPA-nın da üzərində dayandığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə də böyük zərər vurur. Assambleyamızda bir neçə dəfə AŞ baş katibi, AŞPA prezidenti tərəfindən də münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların atılmaması çağırışları edilib. Biz Ermənistanı bu çağırışlara əməl edilməsinə çağırır və Suriyadan, münaqişədən köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə çağrırıq və məruzəçimizə bu məsələyə də xüsusi diqqət yetirməyə çağırırıq. AŞPA Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir”
VOİCEPRESS.AZ