ABŞ prezidenti Donald Tramp özünə qarşı haker hücumlarının qarşısını almaq üçün əlavə tədbirlər görməlidir.
VOİCEPRESS-in CNN-ə istinadən məlumatına görə, bu haqda “Wauchula Ghost” təxəllüslü tanınmış haker xəbərdarlıq edib.
Qeyd edək ki, bu haker 2016-cı ilin iyun ayında “Tvitter”də “İslam dövləti” (İŞİD) ekstremistlərinin məlumat yaymağa çalışdığı 500 səhifəni sındırdıqdan sonra məşhurlaşıb.
Haker bildirib ki, Donald Trampın, onun xanımı Melaniya Trampın, həmçinin vitse-prezident Maykl Pensin “Tvitter” hesabları kiber hücumlardan qorunmaq üçün zəifdir.
“Wauchula Ghost” inandırmağa çalışıb ki, o özü ABŞ-ın birinci şəxslərinə qarşı kiberhücumlar planlaşdırmır.
CNN xatırladıb ki, bundan əvvəl də Trampın nümayəndələri kiberhücumların ola biləcəyi barədə xəbərdarlıq ediblər.
VOİCEPRESS.AZ