Hollivud aktrisası Meri Tayler Mur 80 yaşında vəfat edib.
VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, Murun öz evində vəfat etdiyi bildirilir.
Aktrisanın hansı səbəbdən öldüyü hələ ki, açıqlanmır.
Qeyd edək ki, 2011-ci ildə Meri beyin əməliyyatı keçirmişdi.
Xatırladaq ki, Meri Tayler Mur dəfələrlə nüfuzlu “Emmi” və “Qızıl qlobus” mükafatlarına layiq görülüb. 1992-ci ildə aktrisanın adı “Hollivud Məşhurlar Xiyabanı”nda həkk olunub.
VOİCEPRESS.AZ







