Mer və ulduzlar dünyanın ən varlı prezidentinə qarşı

0
313570

3,7 milyard dollar sərvəti olan Tramp bütün etirazlara rəğmən bu gün prezident kürsüsünə oturacaq.

VOİCEPRESS istipress-ə istinadən xəbər verir ki, bu gün ABŞ-ın ən qalmaqallı prezidenti hesab edilən “əmlak kralı” Donald Tramp rəsmi sürətdə vəzifələrinin icrasına başlayacaq.

Hələ ötən ilin noyabr ayında səs çoxluğu ilə prezident seçilən Trampa qarşı ABŞ-da etirazlar isə tam sürəti ilə davam edir. “RİA Novosti”nin verdiyi məlumata görə, Nyu-Yorkda yeni prezidentə qarşı növbəti aksiya olub.

Bu aksiyada şəhərin meri Bill de Blazio, Hollivud ulduzları Robert De Niro, Mark Ruffalo, Aleks Bolduin, Maykl Mur, Şer və başqaları qatılıblar. Etiraz aksiyasında minlərlə insan iştirak edib. Onlar “Trump Tower”in qarşısına toplaşıblar.

Aksiya “WeStandUnited” (Biz birlikdəyik” şüarı altında olub. Etiraz edənlər Trampı diskriminasiya və dini dözümsüzlükdə ittiham edib, miqrantların hüquqlarını qorumağa, tibbi sığorta haqqında proqramın dəstəkləməsinə çağırıblar.

Robert De Niro deyib ki, Tramp bu ölkə üçün pis nümunədir. Şer isə gələcək prezidenti “dünyanı dəyişəcək özündənrazı adam” adlandırıb.

ABŞ-ın 45-ci prezidenti olan Tramp ən varlı prezident olacaq. “Forbes”un məlumatına görə, sərvəti 3,7 milyard dollar olan biznesmen ötən il 800 milyon dollar itirsə də hələ siyahının üst sıralarındadır.

Trampın sərvətinin böyük hissəsini təşkil edən 27 varlığı:

1 – Tramp Tower (Nyu-York): 371 milyon dollar

2 -“1290 Avenue of the Americas” (Nyu-York): 409

3- “Niketown” (Nyu-York): 309 milyon

5- “Trump Park Avenue” (Nyu-York): 177 milyon

6- “Trump Parc/Trump Parc East” (Nyu-York): 88 milyon

7- “Trump International Hotel” və “Towers”, “Central Park West” (Nyu-York): 38 milyon

8- “Trump World Tower”, “845 United Nations Plaza”: 27 milyon

9- “Spring Creek Towers” (Nyu-York): 25 milyon

10-“Trump Plaza” (Nyu-York): 13 milyon

11- “Trump Towers Penthouse” (Nyu-York): 90 milyon

12- “555 California Street” (San-Fransisko): 317 milyon

13- “Trump National Doral” (Mayami): 169 milyon

14- “Mar-a-lago” (Palm Biç, Florida): 150 milyon

15- ABŞ-da qolf meydançaları: 206 milyon

16- Şotlandiya və İrlandiyada qolf sahələri: 85 milyon

17- “Trump Chicago”: 119 milyon

18- “Trump International Hotel” (Vaşinqton): 104 milyon

19- “Trump International Hotel” (Las-Veqas): 69 milyon

20- Nəğd: 230 milyon dollar

21- Təyyarə: 35 milyon

22- Rezidans (Florida): 14.5 milyon

23- “809 N. Canon Drive” (Beverli Hills): 9 milyon

24- “Stark Industrial Park” (Cənubi Karolina): 3.5 milyon

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here