İbtidai siniflərdə bəzi fənlər ləğv olunacaq
“Ümumtəhsil məktəblərində sinif rəhbəri vəzifəsinin ləğv ediləcəyi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil”. Bu barədə VOİCEPRESS-ə Təhsil Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd olunub ki, ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid təsdiq olunmuş tədris planlarında fənlər üçün müəyyən edilmiş həftəlik dərs saatlarının miqdarında heç bir azaldılma nəzərdə tutulmur.
Bununla belə, I-IX siniflərdə tədris olunan “Həyat bilgisi” fənninin mahiyyət etibarı ilə paraleli və təkrarı xarakteri daşıdığından, habelə X-XI siniflərdə şagirdlərin həftəlik təlim yükünə ağırlıq gətirdiyindən dərs cədvəlinə salınmadan dərsdənkənar vaxtlarda həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılmışdır.
VOİCEPRESS.AZ