Məktəbdə qalmaqal: “Hanı mebel, səndən soruşuram?!”

7 Yanvar, 12:40

Sənə demişdim ki, bu məktəblə bağlı problem olmamalıdır. Axı niyə insanlar narazılıq etməli, mənə şikayətlənməlidir?! Siz necə insanlarsınız?! Məni rüsvay edirsiniz, sizə heç nə tapşırmaq olmaz!

Çeçenistan prezidenti Ramzan Kadırov çox sinirlənmişdi. Səbəbsə Çeçenistanın paytaxtı Qroznıdakı məktəblərdən birində baş verən olaydır.

VOİCEPRESS Novosti Kavkaza-ya istinadən bildirir ki, sən demə, Qroznıdakı 20 saylı məktəbə terrorçuloar hücum etmişdilər. Məktəb o hücumdan sonra tam təmir edilmiş, ən müasir texnika və mebellə təmin edilmişdi.

20 saylı məktəbdə 1060 şagird oxuyur.

Məktəb şagirdlərindən biri R.Kadırovun İnstaqram profilinə yazıb: “Hörmətli Ramzan Axmetoviç! Hər dəfə siz məktəbə gələndə yeməkxanaya mebel gətirirlər, siz gedəndən sonra isə aparırlar. İndi yeməkxanada cəmi 3 masa var. Biz tənəffüsdə yemək yeyə bilmirik”.

Kadırov şikayəti yoxlamaq üçün səhər tezdən məktəbə yollanıb və səfəri barədə məmurları xəbərdar etməyib.

Məktəbə yollanan R.Kadırov yeməkxanada, gerçəkdən də, mebelin olmadığını görüb.

O, məktəb direktoru Marina Qazıyevadan mebelin “sirli” şəkildə yoxa çıxmasının səbəblərini soruşub. M.Qazıyeva mebelin yerində olduğunu deyəndə Kadırov “gedək, baxaq” söyləyib.

Akt zalında və yeməkxanada mebel yoxdu.

Sinirlənmiş R.Kadırov Qroznı Şəhər Təhsil Departamentinin rəhbəri Kupri Bersanukayevdən cavab tələb edib.

“Hanı mebel?! Niyə susursan?! Mebel oğurlanıbsa, araşdırın. Sən isə bu gündən işdən azadsan. Yaz ərizəni! Prokurluğa göstəriş verirəm ki, bu biabırçılığı tam araşdırsın”, – Ramzan Kadırov deyib.

Baş nazirin birinci müavini İsa Tumhacıyevə və təhsil naziri İsmayıl Bayxanova isə töhmət verilib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here