Meksikada fabrikdə partlayış:42 ölü

26 Yanvar, 07:35

Meksikada pirotexnika fabrikində partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.

VOİCEPRESS trend-ə istinadən bildirir ki, ötən gün Mexikonun yaxınlığında yerləşən xəstəxanada partlayış nəticəsində yanıq xəsarətləri alan 70 yaşlı qadın dünyasını dəyişib.

Qeyd edək ki, dekabrın 21-də Meksikanın Mexiko ştatının Tultepek şəhərində pirotexnika fabrikində partlayış baş vermişdi. Partlayış nəticəsində 20 nəfər hadisə yerində, daha 22 nəfər isə xəstəxanada ölüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here