“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin yaşayış yerlərində qaz sayğaclarının quraşdırılmasına yaxın zamanlarda başlanılacaq”.
VOİCEPRESS xəbər verir ki, bunu trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib.
Onun sözlərinə görə, bu tapşırıq Azərbaycan prezidentinin məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə aylıq müavinətin verilməsi barədə fərmanı əsasında həyata keçirilir.
VOİCEPRESS.AZ