“Mançester Yunayted” qış transfer dönəmində ilk keçidini reallaşdırıb.
VOİCEPRESS apasport.az-a istinadən xəbər verir ki, “mankunianlar” “Benfika”nın müdafiəçisi Viktor Lindelöflə anlaşıblar.
Klublar arasında aparılan danışıqlar, nəhayət ki, müsbət nəticələnib. İlkin razılığa əsasən, “Benfika” bu transferdən 45 milyon avro qazanc əldə edəcək. “Mançester Yunayted” 22 yaşlı isveçli oyunçunu bu günlərdə Afrika Millətlər Kubokunda iştiraka görə Fil Dişi Sahili millisinin düşərgəsinə qoşulacaq Erik Beyllinin yerinə transfer edib.
Qeyd edək ki, Viktor Lindelöf bu mövsüm “Benfika”nın heyətində 22 oyunda iştirak edib.
VOİCEPRESS.AZ