Qırğızıstanın “Manas” hava limanı təyyarə qəzası ilə əlaqədar bir neçə saat bağlı qaldıqdan sonra fəaliyyətini bərpa edib.
VOİCEPRESS bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
12:53
Qırğızıstanda Türkiyəyə məxsus, Honkonq-Bişkek reysi üzrə hərəkət edən “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması ilə bağlı olaraq Bişkekin “Manas” hava limanı müvəqqəti olaraq bağlanıb.
VOİCEPRESS RİA Novosti-yə istinadən məlumat verir.
Hava limanının mətbuat xidməti bildirib ki, aeroportun yenidən fəaliyyətini davam etdirməsi ilə bağlı qərar rəhbərliyin iclasından sonra veriləcək.
Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin “MyCARGO Airlines” şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.
Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 37 nəfərin həlak olduğu bildirilir.
VOİCEPRESS.AZ