Madonna övladlığa daha iki uşaq götürür

26 Yanvar, 08:01

Müğənni Madonna Cənubi Afrikada yerləşən Malavi Respublikasından iki uşağı övladlığa götürmək istəyir.

VOİCEPRESS xarici KİV-ə istinadən xəbər verir ki, artıq müğənni ərziyə ilə Malavi məhkəməsinə müraciət edib. Hazırda dövlət uşaqların verilib-verilməməsi ilə bağlı qərar qəbul edir. Cavablar bir həftədən sonra açıqlanacaq. Amma qərb mətbuatı böyük ehtimalla uşaqların ifaçıya veriləcəyi bildirir.

Qeyd edək ki, Madonna bundan əvvəl adıçəkilən ölkədən 2008-ci ildə Devid Banda adlı bir oğlan, 2009-cu ildə Mersi Ceyms adlı bir qızı götürüb saxlayır. Müğənninin özünün isə Ludres adlı qızı, Rokko adlı oğlu var.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here