“Mançester Yunayted”in sabiq baş məşqçisi Lui van Qaal məşqçilik karyerasını bitirdiyini açıqlayıb.
VOİCEPRESS goal.az-a istinadən xəbər verir ki, “filosof” açıqlamasında futboldan gedişini ailəsində baş verənlərlə əlaqələndirib: “Ötən il məşqçilik karyerama son qoymağı düşünürdüm. Lakin bir müddət istirahət etməyi məqsədəuyğun hesab etdim. Artıq qərarımı qətiləşdirmişəm. Bu qərarı verməyimə səbəb son zamanlar ailə həyatımda baş verən hadisələrdir”. Hollandiyalı futbol mütəxəssisi karyerası ərzində “Barselona”, “Bayer Münix”, “Mançester Yunayted”, “Ajax” kimi klubları çalışdırıb.
VOİCEPRESS.AZ