İlk dəfə olaraq “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah”- Regional seminar

24 Yanvar, 23:24

İlk dəfə olaraq “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah”- Regional seminar
Regional seminar çərçivəsində Azərbaycan Xalça Muzeyində 25 yanvar tarixində, saat 18:00-da baş tutacaq zərgərlik nümunələrinin sərgi-satış yarmarkasından görüntülər.

Qeyd edək ki, sərgidə Azərbaycan, Dağıstan və Gürcüstan zərgərlərinin əl işləri nümayiş olunacaq.

QEYD: Cari ilin 25-27 yanvar tarixlərində İCOM Azərbaycan Milli Komitəsi, Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, İCOM Gürcüstan Milli Komitəsi və P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyinin (Mahaçqala, Rusiya) dəstəyi ilə “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək.
İlk dəfə keçiriləcək regional seminarın rəsmi açılış mərasimi 25 yanvar tarixində, saat 10:00-da baş tutacaq.

Qeyd edək ki, seminarda Azərbaycan, Gürcüstan və Rusiyadan zərgərlik kolleksiyaların kuratorları, zərgərlər, zərgərlik üzrə dizaynerlər, qiymətli metal və daşlar üzrə rəssamlar, müasir zərgərlik brendlərinin nümayəndələri, bərpaçılar, konservatorlar, muzeyin təhlükəsizlik xidməti nümayəndələri və marketinq menecerləri iştirak edəcəklər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here