Daha əvvəl əlində müqəddəs “Qurani Kərim” kitabı ilə görünən, Türkiyəyə gəldikdə isə başını örtən amerikalı kino və teatr aktrisası, müğənni Lindsi Lohanın İslamı qəbul etməsi barədə xəbərlər son günlər şou medianı zəbt edib.
Katolik bir ailədə doğulan ABŞ-lı aktrisa, model və pop müğənnisi Lindsi Lohan daha sonra fərqli dini inanclara yönəlmişdi. Ötən il törətdiyi bir yol hərəkət pozuntusu səbəbindən 125 saat ictimai işlərə cəlb olunan Hollivud ulduzu, cəzası daxilində işlədiyi Nyu-Yorkdakı bir məktəbə gedərkən müqəddəs “Qurani Kərim” kitabının ingiliscə tərcüməsi ilə paparazzilərin obyektivlərinə tuş gəlmiş və haqqında “Müsəlman oldu” iddiaları ortaya atılmışdı.
Son olaraq 2016-ci ilin oktyabr ayında Türkiyənin Qaziantep şəhərinə gələn və burada suriyalı ailələri ziyarət edən Lohan başına hicab geyinərək kameralar önünə keçmişdi.
Əlində “Qurani Kərim” kitabı ilə görünən, daha sonra başörtüsü onun barəsində səsləndirilən “Müsəlman oldu” fikrini, demək olar ki, təsdiqləmiş olub. “Instagram” hesabındakı bütün fotoşəkilləri silib, həyatında ağ bir səhifə açdığı mesajını verən Lohan, adının yanına “Alaikum salam” da yazıb. Aktrisanın bu dəyişikliyi, bütün insanlığa salam əks etdirən İslam dininin dəvətinə, görünür, onun da razılıq verməsi kimi qəbul edilib.
VOİCEPRESS.AZ