İlham Əliyev: “Yeni silahların alınmasına dair Moskva ilə danışıqlar aparırıq”

19 Yanvar, 16:48

“Bakı yeni silahların alınması ilə bağlı Moskva ilə danışıqlar aparır, yeni müdafiə sistemləri ilə maraqlanır”.
VOİCEPRESS-in məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Beynəlxalq İqtisadi Forum çərçivəsində “RİA Novosti” agentliyinə müsahibəsində deyib.

“Bəli, yeni silahlarla bağlı danışıqlar gedir. Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyini siz yaxşı bilirsiniz. Biz xüsusilə ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bunlara helikopterlər, müdafiə sistemləri-bütün kompleks daxildir. Bu daimi prosesdir”.

Rusiya ilə Azərbaycan arasında müdafiə sahəsində yeni müqavilələrin imzalanması üçün yaxşı perspektivlərin olduğunu deyən prezident bildirib ki, 5 milyard dollarlıq müqavilələr imzalanıb, onların əksəriyyəti artıq reallaşıb”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here