Polis hadisəni törədənlərin axtarışlarına başlayıb
Lənkəranda oğrular ofisdən seyfi aparmağa nail olublar. VOİCEPRESS-in Cənub bürosunun məlumatına görə, ötən gecə şəhərin M.Nəsirli küçəsi ilə İ.Səmədzadə küçələrinin kəsişdiyi ərazidə yerləşən kredit bank olmayan VİZA MMC-nin ofisindən içində qurumun pul vəsaitləri saxlanılan seyf naməlum şəraitdə oğurlanıb. Hadisə barədə Lənkəran rayon polis şöbəsinə məlumat verilib və araşdırmalara başlanılıb. Seyfin içindəki vəsait barədə açıqlama verilmir. Təşkilatın bütün vəsaiti, sənədləri və möhürü oğurlanan seyfin içərisində olub.
Hələlik hadisə ilə bağlı saxlanılan yoxdur.
VOİCEPRESS.AZ