Almaniya Aerokosmik Mərkəzi (DLR) kosmosda “MAIUS 1” eksperimentinin uğurla işə salınmasını açıqlayıb.
VOİCEPRESS ICTnews-a istinadən bildirir ki, “DLR” layihə iştirakçısı Rayner Forke bildirib ki, Boze-Eynşteyn kondensatı qazı tam soyudanda yaranır. “Biz şadıq ki, “MAIUS 1″-in onu kosmosda hasil etməsini nümayiş etdirə bildik. Zondun çəkisizlikdə olduğu 6 dəqiqə ərzində biz materiyanın dalğavarı xüsusiyyətlərinə həsr edilən 100-ə yaxın eksperiment keçirməyə nail olduq”, – o qeyd edib.
Məlumata görə, Boze-Eynşteyn kondensatı xüsusiyyətinə görə özünü bir atom kimi aparan və tipik “atom” xüsusiyyətlərinə malik qaz və mayeyə oxşar qeyri-adi materiya formasıdır. Alimlərin sözlərinə görə, bu, oxşar süni “atom”ların xüsusiyyətlərinin asanlıqla manipulyasiyasına və onlardan kubitlər, kvant kompüter oyuqları və yüksək ötürücü struktur prototipi kimi istifadəsinə imkan verir.
Bildirilir ki, fiziklər uzun müddətdir belə kollektiv “atom”ların özlərini kosmosda necə aparmasına maraq göstərsələr də, onların ideyasının yoxlanılması üçün qələvi metalların atomlarını soyudaraq Boze-Eynşteyn kondensatına çevirən qurğunun quraşdırılmasına görə bir neçə binanın tələb edilməsi çətinlik törədib. Almaniya mühəndisləri “MAIUS 1” atomları üçün miniatür “tələ” çip yaradaraq onu İsveçdə yerləşən Esreync kosmodromundan geodeziya raketi göyərtəsində göndərməklə bu problemi həll ediblər.
Çipdə iki tip soyutma qurğusu – atom vibrasiyalarını boğan və onları soyumağa məcbur edən lazerlər, eləcə də ən “isti” atomları kənarlaşdıran və öz daxilində ən soyuq və hərəkətsiz hissəcikləri saxlayan maqnit “tələ” var. Çəkisizlik vəziyyətində aparılan təcrübələrin nəticələri fizik və mühəndislərə digər kvant cihazları miniatür şəklə salmağa və onların peyklərə inteqrasiyasını öyrənməyə kömək edəcək.
Buraxılışı 2018 və 2019-cu illərə nəzərdə tutulan növbəti iki “MAIUS” missiyası çərçivəsində Almaniya alimləri Boze-Eynşteyn kondensatının xüsusiyyətlərinin tədqiqini davam etdirməyi planlaşdırmaqla yanaşı, Eynşteyn nisbilik nəzəriyyəsini yoxlamağa çalışacaqlar.
Bu il “DLR” mərkəzindən başqa oxşar layihəni ABŞ Kosmik Agentliyi (NASA) də həyata keçirəcək. Agentlik iyunda Beynəlxalq Kosmik Stansiyaya Boze-Eynşteyn kondensatını formalaşdıracaq “CAL” alətini göndərməyi nəzərdə tutur.
VOİCEPRESS.AZ